Xələf Xələfov: Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb
Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupun növbəti toplantısı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, İşçi Qrupun iclasının noyabrda keçirilməsi planlaşdırılsa da, dəqiq tarix hələlik müəyyənləşdirilməyib: “Lakin əsas görüşlərin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək sammiti çərçivəsində baş tutması planlaşdırılır. Ehtimal var ki, bununla bağlı müzakirələr gələn il daha da intensivləşsinâ€�,-deyən nazir müavini bildirib ki, Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb, çox məsələ müzakirə edilib: “Lakin açıq qalan məqamlar sadə məsələlər deyil. Arzu edirik ki, gələn il Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr yekunlaşsınâ€�.
X.Xələfovun sözlərinə görə, İşçi Qrupunun ardıcıl görüşləri müəyyən dərəcədə Xəzərin hüquqi statusunun tezliklə müəyyənləşdirilməsinə müsbət təsir göstərə bilər: “Amma sammitlərin səmərəsi daha yüksəkdir. Çünki dövlət başçıları sammitlərdə iştirak edib müzakirələr aparırlarâ€�.