Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla Gürcüstan arasında məsləhətləşmələr olacaq
Bu ilin noyabrında sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan-Gürcüstan komissiyalarının sədrləri arasında məsləhətləşmələr aparılacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən komissiyanın sədri Xələf Xələfov jurnalistlərə deyib.
Nazir müavini deyib ki, görüş Gürcüstanda təşkil olunacaq: “Hazırda Azərbaycan və Gürcüstan arasında sərhədlərin 2/3 hissəsi razılaşdırılıb, 1/3 hissəsi isə razılaşdırılmamış qalırâ€�.
Onun sözlərinə görə, müxtəlif formatlarda ekspertlər işləyir, normativ sənədlərə baxılır: “Biz komissiya çərçivəsində işləri davam etdiririkâ€�.