“The Richmond Folk Festivalâ€�ında ölkəmizi muğam cütlüyü təmsil edir
Bu gün ABŞ-ın Virciniya ştatında Beynəlxalq Musiqi Festivalı start götürüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, “The Richmond Folk Festivalâ€� adlanan beynəlxalq festivalda ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə festivalda instrumental muğam cütlüyü – kamançada İmamyar Həsənov və tonbəkdə Peyman Hadadi təmsil edəcək.
Qeyd edək ki, tanınmış kamança ustası İ.Həsənov bildirib ki, beynəlxal festivalda muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğluâ€� operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsiâ€�, R.Əfəndiyevin “Rəqsâ€�, C.Cahangirovun “İncəlik rəqsiâ€�, həmçinin “Çobanlar rəqsiâ€� və “Toy rəqsiâ€� kimi el havalarını, “Şurâ€�, “Mahurâ€�, “Cahargahâ€�, “Bayatı-Şirazâ€�, “Şüştərâ€� muğamlarından ibarət kompozisiya təqdim edəcək.