Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunması təklif edilib
“ATƏT PA-da təklif etmişəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təşkil olunsunâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, belə bir təkliflə bu gün parlamentdə keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib.
Vitse-spiker bildirib ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məqsədilə keçirilə bilər. B.Muradova deyib ki, belə bir təkliflə ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələrdə də çıxış edib.
Onun sözlərinə görə, bu görüşün təşkil olunması o demək deyil ki, Azərbaycanla Ermənistan arasında hansısa sosial, siyasi və iqtisadi əlaqələr yaransın. “Bu, yuxarıda qeyd olunan anlama gəlməməlidir. Sadəcə olaraq, DQ-nin erməni icması Azərbaycan vətəndaşlarıdır və istər-istəməz onların Azərbaycan icması ilə görüşünün keçirilməsi, müzakirələrin aparılması zəruridir. Çünki onlar eyni ölkənin vətəndaşları olduğu üçün daha asan dil tapa, daha asan razılığa gələ bilərlərâ€� - deyə B.Muradova vurğulayıb.
B.Muradova qeyd edib ki, bu görüş əsnasında Azərbaycan Dağlıq Qarabağın gələcək sosial-iqtisadi inkişafı üçün nəzərdə tutduğu layihələrlə erməniləri tanış etməlidir. “Onlar anlasınlar ki, Azərbaycan dövləti Dağlıq Qarabağla bağlı çox güclü və iri layihələr nəzərdə tutubâ€� - deyə MM sədrinin müavini əlavə edib.
B.Muradova bildirib ki, icmaların görüşü Bakıda keçirilməlidir. Çünki onlar Azərbaycan vətəndaşlarıdır.