Bu gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası işə başlayır. Parlamentdən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, iki gün davam edəcək iclasda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komissiyanın sədri kimi iştirak edir.
Tədbirdə “MDB iştirakçısı olan ölkələrdə dövlət gənclər siyasəti haqqındaâ€� model qanun layihəsi, təhsil və təcrübə keçmə məqsədilə həyata keçirilən miqrasiyanın inkişafı, dövlətin sosial strategiyası, komissiyanın təşəbbüsü ilə MDB PA-da qəbul olunmuş model qanunvericilik aktlarından istifadə və digər mövzularda fikir mübadiləsi aparılacaq.