QHT-lər dövlət müstəqilliyinin 20 illiyini qeyd ediblər
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs edib.
O qeyd edib ki, bu illər ərzində QHT sektoru kifayət qədər inkişaf yolu keçib. “20 illik dövlət müstəqilliyi ərzində Azərbaycanda ictimai sektorun inkişaf tarixini şərti olaraq 4 mərhələyə bölmək olar. I mərhələ 1988-1993, II mərhələ 1993-2003, III mərhələ 2003-2007 və IV mərhələ 2007-2011-ci illəri əhatə edirâ€� - deyə A.Quliyev vurğulayıb. O, qeyd olunan illər ərzində QHT-lərin inkişaf yollarından danışıb. Şura sədri deyib ki, 1997-2003-cü illərdə Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanan müqavilə əsasında ölkədə vətəndaş cəmiyyətinin inkişaf proqramı həyata keçirilib.
Millət vəkili Məlahət İbrahimqızı isə QHT sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. O qeyd edib ki, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasıâ€�nın təsdiq edilməsi ölkədə ictimai sektorun inkişafı üçün yol açıb.
Tədbirdə dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan “Azərbaycanda QHT sektoru dövlət müstəqilliyinin 20 ilindəâ€� adlı kitabın təqdimatı da olub. Kitab Azərbaycan QHT-lərinin yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş dövlət məmurlarının, deputatların və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarətdir.