“Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməzâ€�
“İndiki halda Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməzâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
O, qeyd edib ki, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər. “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub. Ola bilər ki, “Elm siyasəti haqqındaâ€� qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm siyasəti haqqındaâ€� qanun layihəsində öz əksini tapıbâ€�,-deyə Ş.Hacıyev vurğulayıb. Onun sözlərinə görə, yaxın 1-2 həftə ərzində komitədə “Elm siyasəti haqqındaâ€� qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.