“Azərbaycanlı Qadınlarâ€� Cəmiyyəti Finlandiya Azərbaycan Assosiasiyasına üzv oldu
Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı Qadınlarâ€� Cəmiyyəti Helsinkidə keçirilən toplantıda Finlandiya Azərbaycan Assosiasiyasına (FAA) üzv olaraq FAA nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFOâ€�ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Təsisçilərin fikrincə, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə birləşib bir yerdə daha səmərəli işlər görmək daha məqsədəuyğun olacaq.
“Azərbaycanlı Qadınlarâ€� Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq üçün Avropanın digər ölkələrində də fəaliyyət göstərən cəmiyyətlərin birləşib birgə fəaliyyət göstərmələrinin bütün dünya azərbaycanlılarının vahid Vətəni – Azərbaycana daha çox xeyir verəcəyini bildirib.
Finlandiya Türk Cəmiyyətinin sədri Mine Eray yenicə yaranmış “Azərbaycanlı Qadınlarâ€� Cəmiyyətinə fəaliyyətində uğurlar arzulayaraq özü də bu cəmiyyətə üzv qəbul olunmaq üçün müraciət edib.