Misir Mərdanov: “Müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmazâ€�
“Məktəblərimizin demək olar ki, hamısında müasir İKT avadanlıqları quraşdırılıb. Müəllimlərimizin 70 minə yaxını müxtəlif İKT kurslarında iştirak edib və sertifikatlar alıbâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib.
Nazir xatırladıb ki, müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz. “Biz hər il “İlin ən yaxşı müəllimiâ€� və “İlin ən yaxşı məktəbiâ€� müsabiqəsini həyata keçiririk. Bu müsabiqədə əvvəllər bir qayda olaraq müəllimlər və məktəb direktorları təqdimatlarını kağızın üzərinə baxmaqla keçirirdilər. Amma mən çox sevinirəm ki, bu gün bütün təqdimatların hamısı İKT-nın köməyi ilə həyata keçirilirâ€�,-deyən M.Mərdanov hesab edir ki, təhsil sahəsindəki uğurlardan ən başlıcası İKT-nın bu sahədə tətbiqidir.
Nazir xatırladıb ki, hazırda 1000-dən çox məktəb geniş zolaqlı davamlı internet şəbəkəsinə qoşulub. Qarşıya isə 1 şagirdə bir kompüter məsələsi qoyulub.