Ermənistan əhalinin sayı ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir
Ermənistan hakimiyyət orqanları əhalinin siyahıyaalınması ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir. Belə ki, onlar əhalinin sayını artırmaq qərarına gəliblər. “KƏLAMİNFOâ€�nun məlumatına görə, “Aykakan jamanakâ€� qəzeti yazır ki, hakimiyyət siyahıyalınmanın nəticələrindən asılı olmayaraq əhalinin sayının 3 milyon və ya daha çox olduğunu göstərəcək. Milli Statistik İdarənin rəsmi məlumatına görə, Ermənistanda 2008-ci ilin nəticələrinə görə, 3 milyondan da az insan yaşayır. 2009-cu ildə isə bu rəqəm 3 milyon 35 min olub. Lakin hətta rəsmi məlumatlara görə, 2008-ci ildən ölkədən 10 minlərlə insan gedib.