Rusiyalı nazir: “Azərbaycan Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayırâ€�
“Ölkələrin hərtərəfli inkişafı və müasirləşdirilməsi zamanı insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Ona görə ictimai inkişafın humanitar sahəsi barədə ciddi düşünmək lazımdır və bu təşəbbüsün Bakı tərəfindən verilməsi təqdirəlayiq haldırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev bildirib.
O qeyd edib ki, Azərbaycan bu gün də Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır. “Azərbaycan xalqının mehribançılığı, rəhbərliyinin müdrikliyi - bunların hamısı humanitar sahədə başlıca məsələlər barədə müzakirə aparmaq üçün Bakını əlverişli məkana çeviribâ€� - deyə rusiyalı nazir vurğulayıb. Nazir deyir ki, bu gün Bakıda olan dəyişiklik onu valeh edir: “Azərbaycan demək olar ki, sürətlə dəyişirâ€�.