“Müasir Azərbaycan: dövrün baxışındaâ€� kitabının təqdimatı keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycanâ€� qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışındaâ€� adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, tədbiri açan “AzərTAcâ€� Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib.
Toplantıda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edir. “Burada prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar əksini tapıb. Faktlar geniş və hərtərəfli təhlil olunubâ€� - deyə PA rəsmisi vurğulayıb. Ə.Həsənov kitabı çox dəyərli bir mənbə, fundamental, tarixi salnamə adlandırıb.
Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov isə deyib ki, müasir Azərbaycan dövrün reallığının məhsuludur. “Həmçinin ümummilli lider, sabiq prezident Heydər Əliyevin titanik əməyinin nəticəsidir. Bu kontekstdə kitabda müxtəlif müəlliflərin yazıları toplanıb. Kitab 20 ildir müstəqil olan Azərbaycanın keçdiyi inkişaf yolunu və prioritetlərini göstərirâ€� - deyə Ə.Əhmədov bildirib. Nəşri yüksək qiymətləndirən YAP sədr müavini onun araşdırmaçılar üçün mühüm mənbə olduğunu deyib. “Bu il müstəqilliyin 20 ili tamam olur. Müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək formasıdır. Eyni zamanda öz sərvətlərindən faydalanma formasıdır. Öz taleyini müəyyən etmək formasıdır. Azərbaycan müstəqil olduğu 20 ildə bütün bunların hamısını qazandıâ€� - deyə o, əlavə edib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, kitab maraqlı, səlis və oxuculara yaxın dildə yazılıb. Kitab bugünkü Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir. “Bu gün Azərbaycanın bütün mədəniyyət məkanları tamamilə yenidən qurulur, müasirləşir və yeni nəslə xidmət etmək imkanlarına yiyələnirâ€� - deyə nazir vurğulayıb.
Mərasimdə “Azərbaycanâ€� qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə qeyd edib ki, 20 il tarix üçün kiçik dövrdür. “Amma 20 ildə görülən işlərə nəzər salsaq, əsrlərə bərabər işlərin görüldüyünün şahidi olarıq. Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Özünün hərbi, siyasi, iqtisadi, ərzaq təhlükəsizliyini müstəqil təmin edir. Bu gün biz gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri çatdırmalıyıq. Azərbaycan özünün müstəqilliyinin 30, 50, 100 illiyini qeyd edəcək. Amma biz o zaman da bu dövrə qayıdacağıqâ€� - deyə o, əlavə edib.