ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “KƏLAMİNFOâ€� RİA «Novosti»yə istinadən xəbər verir ki, 34 yaşlı Şakira təkcə musiqi sahəsindəki uğurları ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə «Yalın ayaqlar fondu» xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir. Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.