Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda yeni idarə yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda elektron təhlükəsizlik idarəsinin yaradılması ilə bağlı hökumətə müraciət ünvanlanıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında RİTN-nin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, idarənin yaradılmasında əsas məqsəd informasiya resurslarına olan təhlükələrin qarşısının alınmasıdır. “Budapeşt Konvensiyasının 34-cü maddəsinin birinci bəndində əks olunanlar bizim müraciətdə yer alıbâ€� - deyə şöbə müdiri vurğulayıb. O, qeyd edir ki, son zamanlar informasiya resurslarında fırıldaqçılıq, başqa cinayətkarlıqlar da müşahidə edilir. “Bu baxımdan idarənin yaradılması vacibdirâ€� - deyə o, əlavə edib.