“Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələriâ€� mövzusunda Dəyirmi masa keçiriləcək
Sabah Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarının kadr qurumlarının rəhbərlərinin, QHT-rin, ali təhsil müəssisələrinin və beynəlxlaq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələriâ€� mövzusunda Dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya DQMK-dan veriblər.
Tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqındaâ€� Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli 1293 nömrəli Sərəncamına əsasən keçirilir.