Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 5-də Brüsselə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, NATO baş katibinin dəvəti ilə baş tutan səfərin məqsədi NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etməkdir.