Azərbaycanın gənclər təşkilatı beynəlxalq konfransa qatılıb
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropa Komissiyasının Polşadakı nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən keçirilən “Avropanın Aktiv Vətəndaşları: Könüllülükâ€� adlı beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumat “KƏLAMİNFOâ€�ya AGAT-dan verilib.
Könüllülük fəaliyyəti ilə bağlı Polşada “Şərq tərəfdaşlığıâ€� Sammiti çərçivəsində keçirilən konfransda fəal vətəndaşlıq məsələsi müzakirə olunub. Tədbirdə Polşa prezidenti Bronislav Komorovski deyib ki, burada Şərq tərəfdaşları ölkələrindən olan QHT-lərin iştirakı onlar üçün vacib məsələdir. O vurğulayıb ki, könüllülük vəzifə və öhdəlik deməkdir.
Əmək və sosial işlər naziri Jolanta Fedak, Avropa Kommisiyasin yüksək səviyyəli rəsmisi Laszlo Andor QHT-lər və dövlət strukturları arasında platforma yaratmağın könüllülük işinə töhfə verəcəyini nəzərə çatdırıblar. G.Səfərova Azərbaycanda Milli İcmaların Koordinasiya Şurasından nümunə kimi yararlanmağı təklif edib.
Konfransın sonunda deklarasiya qəbul olunub.