Bu il 30 mindən çox vətəndaş sanatoriyalara göndərilib
Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 6 mindən artıq uşaq Uşaq Sağlamlıq düşərgələrinə göndərilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, bu il, həmçinin 25 mindən artıq Azərbaycan vətəndaşı AHİK-in nəzdində fəaliyyət göstərən sanatoriyalar, turist–istirahət mərkəzlərinə göndərilib.