Bakıda keçiriləcək İran Mədəniyyət Günləri çərçivəsində oktyabrın 4-də və 5-də İran İslam Respublikasının filmlərinin nümayişi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, film nümayişi proqramına 4 film daxil olunub. Oktyabrın 4-də “Günəş diyarıâ€� və “Ağlayan söyüdâ€�, oktyabrın 5-də isə “8-ci səmaâ€� və “Həzrət Süleyman səltənətiâ€� filmlərinə baxış keçiriləcək.
Xatırladaq ki, baxışlar göstərilən tarixlərdə saat 15:30-da Muzey Mərkəzində başlayacaq.