Dünya Gənclər Bankı 5 beynəlxalq səviyyəli konfrans keçirəcək
“Dünya Gənclər Bankı Şəbəkəsiâ€� MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə bu gündən etibarən oktyabrın 7-nə kimi Küzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəyə işgüzar səfərləri başlayır. Bankın ofisindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfər çərçivəsində Bankın Təhsil Departamentinin iş əlaqələri və MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələrin aparılması, habelə KKTC-nin digər universitetləri ilə görüşlər planlaşdırılır.
Oktyabrın 6-da isə Bankın xətti ilə bu il İstanbulda keçirilməsi gözlənilən beynəlxalq konfransın detallarının müzakirəsi ilə bağlı müəyyən görüşlər və BMT-nin Türkiyə nümayəndəliyinin rəhbərliyi ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, 2012-ci il üçün Bankın regional ofisinin xətti ilə 5 beynəlxalq səviyyəli konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Bunların 3 Azərbaycanda, biri İstanbulda, biri isə Minskdə reallaşacaq.