Pravoslav Kilsəsinin nümayəndəsi: Qafqaz dünya ictimaiyyəti üçün həlledici rol oynayır
“Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin modelini nümayiş etdirirâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları Bakıda səfərdə olan Rusiyanın Kilsə və cəmiyyət münasibətləri üzrə Sinodalın sədri, Pravoslav Kilsəsinin nümayəndəsi Vsevolod Çaplin bildirib. Onun sözlərinə görə, Qafqaz dünya ictimaiyyəti üçün Balkanlar və Yerusəlim qədər həlledici rol oynayır. “İnsaniyyətin gələcəyi Qafqazda baş verən proseslərdən asılıdır. Bunu regionda tarix boyu baş verən hadisələr sübut edibâ€� - deyə V.Çaplin vurğulayıb. O, terrorizm və ekstremizmlə bağlı məsələyə toxunaraq bildirib ki, inam faktoru sosial və siyasi təzadları aradan qaldıra bilər. “Bu, Qafqazda mümkündürâ€� - deyə o, əlavə edib.