Azərbaycan haqqında bələdçi kitabın ərəb dilində nəşr olunması haqda müqavilə imzalanıb
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distributionâ€� nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi ilə Azərbaycan haqqında olan “Baku Mini Visitors’ Guideâ€� adlı bələdçi kitabının ərəb dilində də hazırlanması və nəşr olunması üçün müqavilə imzalayıb. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edəkâ€� layihəsi çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, bu gün həmin kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib və təqdimatda mədəniyyət və turizm naziri Ə.Qarayev də iştirak edib.