Milli Məclisin payız sessiyasının qanunvericilik planına 18 məsələ daxildir
Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələ daxildir. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə parlamentin bu il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, bu rəqəmin dəyişməsi gözlənilir və qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır. “Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxılacaq.
Sessiyada xeyli sayda yeni qanun layihəsi müzakirəyə təqdim olunacaq. Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsi birinci, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bunlardan başqa, “Təhsil krediti haqqındaâ€�, “Hərbi vəzifə və hərbi xidmət haqqındaâ€�, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi haqqındaâ€�, “Ali təhsil haqqındaâ€�, “Elm siyasəti haqqındaâ€�, “Bələdiyyələrin hesabatı haqqındaâ€�, “Mədəniyyət haqqındaâ€�, “Muğam sənəti haqqındaâ€�, “Pasiyentin hüquqlarının qorunması haqqındaâ€� qanun layihələri (birinci oxunuş), “Sosial xidmət haqqındaâ€� qanun (ikinci oxunuş), “Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri» qanun layihələrinin (üçüncü oxunuş) müzakirəyə çıxarılması planlaşdırılırâ€� - deyə o vurğulayıb.