II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmakasında 25 ölkə təmsil olunur
“Azərbaycan son bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub və kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, “Qran-priâ€�yə də layiq görülübâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu sözləri II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirən nazirin sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur:
“Bugünkü sərgi-yarmarkada ən nüfuzlu nümunələr təqdim olunur. Hər iki ildən bir keçirilən bu sərgi Azərbaycan nəşriyyatının, poliqrafiyasının yüksək inkişafına gətirib çıxardırâ€�. Bu cür tədbirlərin regionlarda da təşkilinin planlaşdırıldığını qeyd edən nazir beynəlxalq sərgi-yarmarkanın ölkə başçısının qayğısı nəticəsində baş tutduğunu vurğulayıb.
Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də Türkiyə, Moldova, Özbəkistan, ABŞ, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Rusiya, İran, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş olunur.
Qeyd edək ki, sərgi çərçivəsində “Heydər Əliyev Sarayıâ€�, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıâ€�, “Azərbaycan Dövlət Kukla Teatrıâ€�, “Azərbaycan Dövlət Film Fonduâ€�, “Azərbaycan Dövlət Rus Dram Teatrıâ€� kitablarının, 150 cildlik “Dünya ədəbiyyatıâ€� seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlikâ€� kitabının təqdimat mərasimləri keçirilib. Bundan başqa, sərgi-yarmarka çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafıâ€� mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsiâ€� – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə, “Qızıl Kəlməâ€� Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək. Eləcə də müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab təqdimatları və müəllif görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, sentyabrın 30-a kimi davam edəcək sərgidə Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.