Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda AR İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihəsi müzakirə olundu. Sənəd barədə məlumat verən MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirdi ki, təqdim olunan qanun layihəsinə bir sıra dəyişikliklər təklif olunub.
İclasda həmçinin “Normativ hüquqi aktlar haqqındaâ€� AR Konstitusiya Qanunu layihəsi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqındaâ€� qanun layihəsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqındaâ€� qanun layihəsi (ikinci oxunuşda) müzakirə olundu.
Millət vəkilləri çıxış edərək iclasın gündəliyinə təqdim olunan qanun layihələri barədə öz fikir və təkliflərini səsləndirdilər.