Bakıda “Müstəqil Azərbaycan 20 ildəâ€� sərgisi keçirilir
Bu gün “Bakı Ekspoâ€� Mərkəzdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildəâ€� adlı milli sərgi açılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kv. metr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.
Qeyd edək ki, sərginin açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.