Yunanıstan hökuməti avronun saxlanılması və yaxud geriyə-milli valyutaya dönməsi ilə bağlı referendumun keçirilməsini planlaşdırır. «KƏLAMİNFO» «Reuters»ə istinadən məlumat yayıb ki, referendumun keçirilməsi ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq. Baş nazir Georgios Papandreu bu qənaətdədir ki, referendumun nəticəsi onun rəhbərlik etdiyi kabinetə büdcə kəsirini ixtisar etmək barədə planın reallaşdırılmasını davam etdirməyə imkan verəcək.
Hazırda dövlət borcu 350 mlrd. dollara çatan Yunanıstan defolt həddindədir.