İsveç “Eurovision–2012â€� üçün təmsilçi seçiminə başlayıb
İsveçdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012â€� mahnı müsabiqəsinə qatılmaq üçün hazırlıq işləri aparılır. “KƏLAMİNFOâ€� müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkədə artıq 57-ci “Eurovisionâ€� mahnı yarışmasına göndəriləcək mahnının seçiminə başlanılıb. Bununla əlaqədar İsveç yayım şirkəti “SVTâ€� artıq mahnı qəbulunu həyata keçirir və həmin mahnılar “Melodifestivalâ€� müsabiqəsində ifa olunacaq.
Qeyd edək ki, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək mahnılar “Melodifestivalâ€� müsabiqəsinə vəsiqə qazanacaq və 2012-ci ilin fevralında keçiriləcək finalda cəmi 8 iştirakçı birincilik uğrunda mübarizə aparmaq şansı qazanacaq. Ölkədaxili seçim mərhələsində iştirak etmək istəyən və İsveçi mötəbər müsabiqədə təmsil etmək arzusunda olanlara öz müraciətlərini təsdiqlətmək üçün sentyabrın 30-dək vaxt verilib.
Xatırladaq ki, “Eurovisionâ€� müsabiqəsinin prodüserləri Henrik Conson, Krister Björkman və nümayəndə heyətinin başçısı Edvard Svillen tamaşaçılara misilsiz şou bəxş etməyə söz veriblər.