Rezidenturaya qəbul imtahanlarına ərizə qəbulu sabah başa çatır
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sabah saat 10:00-da başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Ərizə qəbulu internet vasitəsi ilə bu qaydada aparılır: – Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olur və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurur. Namizəd ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə edir. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsiâ€� formasını təsdiq etdirir. Namizədlər “Namizədin elektron ərizəsiâ€� formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər.
Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları “Namizədin elektron ərizəsiâ€� formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər. Bu gün saat 12:00-dək 1005 namizəd elektron ərizə forması doldurub. Onlardan 926 nəfəri elektron ərizəsini SQK-da təsdiq etdirib.