SAM-ın eksperti Vaşinqtonda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək
Sentyabrın 15-də Vaşinqtonda, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) “Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin iyirmi illiyi. Nailiyyətlər və təhdidlərâ€� mövzusunda konfrans keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov tədbirə qatılaraq “Müstəqilliyin 20 ili: Mövcud nəticələr Azərbaycan təcrübəsindəâ€� mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya SAM-dan veriblər.
Cənubi Qafqaz regionun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri konfransda müzakirə olunacaq.
Konfransda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, “Heritageâ€� Fondunun Rusiya, Avrasiya və beynəlxalq energetika siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koen, Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz institutunun direktoru Svante Kornell və digər siyasətçilər və ekspertlərin iştirakı nəzərdə tutulub.