Oruc Zalov: Ötən seçkilərdə xoşagəlməyən hallara az rast gəlinib
Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub. “Polis bu piketlər zamanı asayişin keşiyində dayanıb, xoşagəlməyən halların qarşısının alınması üçün profilaktik tədbirlər görübâ€� - deyə o, əlavə edib. O. Zalovun sözlərinə görə, həmin il xoşagəlməyən hallara az rast gəlinib. O qeyd edib ki, ötən ilki parlament seçkiləriylə bağlı beynəlxalq təşkilatlar tərəfindən respublikaya irad tutulmayıb. “Keçmiş təcrübələr imkan verir ki, bunları gələcəkdə olan bütün seçkilərdə tətbiq edəkâ€�.