Əli Həsənov: “Azərbaycan AŞ-nin təqdim etdiyi demokratik seçkilər sistemini seçibâ€�
“Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduqâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq" – deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov bildirib ki, hər fəaliyyətin əsasında qanun dayanmalıdır. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini vurğulayıb.