Azərbaycan gəncləri “Nə? Harada? Nə vaxt?â€� intellektual yarışmasında özlərini sınayacaq
“Nə? Harada? Nə vaxt?â€� intellektual oyununda ölkəmiz də təmsil olunacaq. “KƏLAMİNFOâ€�nun məlumatına görə, oyunun Ukraynanın Odessa şəhərində keçiriləcək 9-cu çempionatında elmin müxtəlif sahələrinə dair sualları cavablandıracaq 25-30 yaş arası 300 gənc iştirak edəcək.
Qeyd edək ki, sentyabrın 16-dan 18-dək keçiriləcək çempionatda birincilik uğrunda Azərbaycan da daxil olmaqla 16 ölkə - Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Kanada, Latviya, Moldova, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, Ukraynanın 50 komandası mübarizə aparacaq.
Məlumata əsasən, “Büllur bayquşâ€� mükafatı laureatları Rövşən Əsgərov, Aleksandr Druz, Aleksandr Rubin, İlya Novikov, Yelena Potanina, Yelena Orlova yarışmaya qonaq qismində dəvət olunublar.
Xatırladaq ki, “Nə? Harada? Nə vaxt?â€� intellektual yarışması Odessa meriyası və şəhər Şurasının dəstəyi ilə keçiriləcək.