Dağlıq Qarabağ problemi Avropa Birliyi Gənclər Sammitində qaldırılacaq
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirməâ€� İctimai Birliyinin sədri Anar Xəlilov sentyabrın 5-6-da keçiriləcək Avropa Birliyi Gənclər Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavada səfərdədir. Birlik sədrinin “KƏLAMİNFOâ€�ya verdiyi məlumata görə, iki gün keçiriləcək sammit çərçivəsində gənclər üçün prioritet olan bir sıra məsələlər, gənclərin işsizlik problemi, iqlim dəyişikliyi, elm, təhsil və mədəniyyət sahəsində inteqrasiya və islahatlar müzakirə olunacaq: “Eyni zamanda, Avropa Birliyinin “Şərq tərəfdaşlığıâ€� proqramı çərçivəsində iştirak edən ölkələrin gəncləri ilə Avropa Birliyinin üzvü olan ölkələrin gənclərinin müştərək iş prosesinin, əməkdaşlığının qurulması məsələsi də geniş müzakirə olunacaq. Məcburi köçkün həyatı yaşayan gənclərimizin əsas problemi-Dağlıq Qarabağın işğalı barədə sammit iştirakçılarına geniş məlumat verəcəyikâ€�.