Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır
Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya işgüzar səfəri başlayır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Qoşulmama Hərəkatının 50 illiyinə həsr olunmuş əlavə yubiley tədbirində iştirakı, tədbir zamanı çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.