Səməd Seyidovun “Menecmentin psixologiyasıâ€� adlı yeni kitabı işıq üzü görüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun “Menecmentin psixologiyasıâ€� adlı yeni kitabı işıq üzü görüb. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, müəllifin rus dilindən tərcümə olunaraq Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən ibarətdir.
“Menecmentin psixologiyasının əsaslarıâ€� adlanan birinci fəsildə “Menecmentə girişâ€�, “Menecment psixologiyasının tədqiqat tarixiâ€�, “Menecment psixologiyasının əsaslarıâ€� adlı bölmələr yer alıb.
“Menecmentdə insanın mahiyyəti və əhəmiyyətiâ€� adlanan ikinci fəsildə isə “Psixi proseslər və insanın menecment baxımından xüsusiyyətləriâ€� və “Şəxsiyyətâ€� bölmələrindən bəhs edilir. Nəşrin sonuncu fəsli isə “Menecment psixologiyasının dörd fundamental problemi: motivasiya, liderlik, şəxsiyyətlərarası münasibətlər və kadrların seçilməsiâ€� adlanır. Bu fəsildə “Motivasiyaâ€�, “Liderlikâ€�, “Şəxsiyyətlərarası münasibətlərâ€� və “Kadrların seçilməsi problemiâ€� mövzularından bəhs edən fikirlər öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan professor S. Seyidov 100-ə yaxın elmi işlərin: monoqrafiyaların, məqalələrin və metodik vəsaitlərin müəllifidir. O, ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Belçikada, Türkiyədə, İsraildə keçirilmiş çoxsaylı konfrans və simpoziumların iştirakçısıdır.