Venesiya Komissiyasının QHT-lərlə bağlı hansı qanun layihəsini müzakirə edəcəyi bəlli deyil
“Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanda QHT-lərlə bağlı hansı qanun layihəsini müzakirə edəcəyi bizə hələ ki bəlli deyilâ€�. Bu barədə “KƏLAMİNFOâ€�ya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi Səfər Alışarlı söyləyib.
Şura sözçüsünün sözlərinə görə, keçən il qanuna dəyişikliyin olunması müsbət nəticə verdi. “Həmçinin QHT-lərin auditə cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Bununla yanaşı, auditə çıxanda hökumətin QHT-lərə güzəşti öz bəhrəsini verəcəkâ€�,-deyə o əlavə edib. S.Alışarlı bu il hansı layihənin müzakirə ediləcəyindən isə xəbərsiz olduğunu vurğulayıb.