İraq Türkiyənin Şimali İraqda PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkəyə nota verib. “KƏLAMİNFOâ€� “Hurriyətâ€� qəzetinə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, Türkiyənin Bağdad səfiri Murad Özçelik bu məqsədlə XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki Türkiyənin Şimali İraqda sərhədi pozduğunu deyib və burda aparılan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.
Qeyd edək ki, bu məlumat iki dildə fəaliyyət göstərən saytın sadəcə ərəbcə hissəsində yerləşdirilib.