ABŞ prezidenti Barak Obama ölkənin şimal-şərqində baş verən zəlzələ ilə bağlı təcili iclas keçirib. “KƏLAMİNFOâ€� Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Prezident Milli Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar özrə Federal Agentliyin rəhbərliyi ilə danışıqlar aparıb. B.Obamaya bildirilib ki, infrastrukturlarda, o cümlədən aeroportlarda və atom elektrik stansiyalarında iri miqyasda dağıntı yoxdur. Qeyd edək ki, bu gün səhər ABŞ-ın şərq sahillərində 5, 8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Şimali Karolina, Virciniya, Merilend, Nyu-York, Ohayo və Kolumbiyanın mərkəzində hiss olunub. Kapitoli təpəsində və Pentaqonda evakuasiya həyata keçirilib Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.