Ermənilər Füzuli və Ağdam istiqamətdə atəşkəsi pozub
Ermənilər avqustun 22-də saat 22.10-dan 22.20-dək və 23.30-dan 23.35-dək Ağdam rayonu Kəngərli və Şüraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.30-dan 10.50-dək və 22.45-dən 23.05-dək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.