İran casusluqda ittiham edilən iki Amerika vətəndaşı – Şeyn Bor və Coş Fattal haqqında səkkiz il azadlıqdan məhrum etmə qərarı alıb. “KƏLAMİNFOâ€� BBC-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klinton İranın Amerika vətəndaşları haqqında səkkiz illik həbs cəzası qərarı almasının Birləşmiş Ştatları çox məyus etdiyini bildirib. Müttəhimlər isə 2009-cu ildə çıxdıqları dağ səyahəti zamanı ölkə ərazisinə təsadüfən girdiklərini iddia edir və ittihamnamədəki casusluq iddialarını rədd edirlər. Müttəhimlərin iranlı vəkili Məsud Şafiyə: “Onların ikisinin də günahsız olduğuna əminəm. Bu məsələ siyasi səviyyəyə qaldırıldığından həll tapa bilmirlər. Onların casus olduğunu sübuta yetirən bir fakt belə yoxdurâ€�. Məsələ ilə bağlı danışan dövlət katibi Klinton gənclərin dərhal azadlığa buraxılmasını tələb edib: “Onların ailələrinə qovuşmasının vaxtı çoxdan çatıbâ€�.
Məlumat üçün onu da bildirək ki, Şeyn Borun nişanlısı Sara Şurd keçən il həbs edilən iki gənclə birgə ABŞ-ın ödədiyi 500 min dollar təzminat qarşılığında sərbəst buraxılmışdı.