53 məzunun 49-u respublika, 4 isə xarici ölkələrin ali məktəblərinə qəbul olub
2010-2011-ci il tədris ilini qızıl və gümüş medallarla başa vuran məzunlar yüksək balla Azərbaycan və digər ölkələrin ali məktəblərinə qəbul olublar. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib.
Qeyd olunub ki, Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49-u respublika, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunublar.