“Facebookâ€� üsyançılarına həbs qərarı çıxarılıb
İngiltərədə keçən həftə şiddət və ölümlərlə izlənən üsyanlardan sonra ölkənin təhlükəsizlik xidməti əməkdaşları axtarışlara davam edib. Dünən internetdən paylaşılan çağırışlarla insanları üsyana səsləyən iki nəfər 4 il həbsə məhkum edilib. “KƏLAMİNFOâ€� “The Guardianâ€�a istinadən xəbər verir ki, “Facebookâ€� sosial şəbəkəsindəki “Norviki darmadağın edəkâ€� statusunu paylaşdığına və insanları buna dəstək verməyə çağıran 21 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Kinan “internet üzərindən üsyana və dövlət çevrilişinə cəhdâ€� ittihamı ilə 4 il həbsə məhkum edilib. Baş verənlərlə bağlı hakimlər də sərt mövqe tutublar. Belə ki, hadisələrlə bağlı hakim qarşısına çıxan 1300 nəfərdən 700-ü müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.