Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub
Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub. “KƏLAMİNFOâ€� xəbər verir ki, vəsiqələri bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov paylayıb.
“Seçki qanunvericiliyinə uyğun olaraq MSK hər beş ildən bir, parlament seçkilərindən sonra formalaşır. 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra, 2011-ci ilin fevral ayında MSK yenidən formalaşıb. MSK-nın 18 üzvü var. Onlardan 6-sı parlamentdə çoxluq təşkil edən partiyaların nümayəndələri, 6-sı azlıq təşkil edən partiyaların nümayəndələri, 6-sı isə bitərəf deputatların nümayəndələridir. Mən ümid edirəm ki, komissiyamızın üzvləri onlara göstərilən etimadı layiqincə doğruldacaqlarâ€� - deyə MSK sədri əlavə edib.