Bu il boş qalan bələdiyyələrə seçkilər keçiriləcək
Bu il Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. “Ötən bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyədə problemlər yaranıb və bələdiyyələr buraxılıb. Ona görə də 9 bələdiyyədə boş qalan yerlərə seçkilər keçiriləcək. Bələdiyyə seçkilərinin keçirilməsi bu il bizim qarşımızda duran əsas məsələdir. Ona görə də çalışacağıq ki, bu il ərzində sözügedən məsələni reallaşdıraq" – deyə o qeyd edib.