Məktəblərə 102 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək
Respublikamızda təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi üçün 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı, eləcə də müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Təhsil Nazirliyindən veriblər. Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurrikulum əsasında işlənən bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
Qeyd edək ki, 2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiyaâ€�, “İnformatikaâ€�, “Fizikaâ€�, “Rus diliâ€�, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyasıâ€�, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyasıâ€�, “Zoologiyaâ€�, “Rus diliâ€�, “Fransız diliâ€�, IX siniflər üçün “Yeni tarixâ€�, “Rəsmxətâ€�, “İnsan (Biologiya)â€�, “Rus diliâ€�, “Fransız diliâ€�, X siniflər üçün “İnsan və cəmiyyətâ€�, “Gənclərin çağırışaqədərki hazırlığıâ€�, XI siniflər üçün “İnsan və cəmiyyətâ€�, “Gənclərin çağırışaqədərki hazırlığıâ€� və “Rus diliâ€� dərslikləri yenidən nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda, dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.