Əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub
Cari tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il əlaçı attestat alanların 1,2 faizi 0-100 bal arasında nəticə göstərib. “Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb, lakin yalançı əlaçıların sayı daha da yaxşılaşmalıdırâ€� - deyə MAbbaszadə vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanlarında 0-100 bal toplayan şəxslər “2â€� kimi qiymətləndirilir. “Lakin attestat qiyməti “3â€� olan 87 faiz abituriyent 100 baldan çox toplaya bilməyib. Bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alırâ€� - deyə o, əlavə edib. O deyir ki, TQDK-nın nümayiş etdirdiyi nəticələrin aşkarlığı yalançı attestat qiymətlərinin aşkarlanmasına təsir göstərir. “Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edibâ€� - deyə M.Abbaszadə bildirib.