Prokurorluqda işlə qəbulla əlaqədar keçirilən imtahanda uğur qazananların siyahısı açıqlanıb
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən yazılı imtahanda uğur qazanan namizədlərin siyahısı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin siyahısı Baş Prokurorluğun saytında (http://www.genprosecutor.gov.az/index.php?/az/news/view/274/) yerləşdirilib.
Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə edən 136 namizəd Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcək. Müsahibə mərhələsi 2011-ci il avqustun 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər. Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər.