Astanada KTMT-nin qeyri-rəsmi sammiti işə başlayıb
Bu gün Qazaxıstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammiti işə başlayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın dövlət başçıları Əfqanıstan və Pakistanda fəaliyyət göstərən “Talibanâ€� qruplaşmasının Mərkəzi Asiyadakı vəziyyətə təsirini müzakirə edəcəklər. O cümlədən Yaxın Şərq və Şimali Afrikadakı inqilablar diqqətdə olacaq. Sammit gedişində Rusiya prezidenti Dmitri Medvedyevin erməni həmkarı Serj Sarksiyanla görüşü də nəzərdə tutulub.