Sentyabrın 28-30-u tarixlərində Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidirâ€� mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya AMEA-dan veriblər. Konfrans “Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycanâ€�, “Azərbaycan Xalq Cümhuriyyəti - şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublikaâ€� və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidirâ€� bölmələri üzrə fəaliyyət göstərəcək.